"Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ötən gün Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində etdiyi çıxışında da qeyd etdiyi kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılır. Bu isə o deməkdir ki, danışıqların formatı dəyişməzdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların aparılması üçün yeni imkanlar açdığını deyən deputat söyləyib ki, bu görüş erməni tərəfinin danışıqların formatının dəyişdirilməsi cəhdlərini bir daha iflasa uğratdı.
E. Məmmədovun sözlərinə görə, Vyana görüşünün nəticələri ilə bağlı sülh prosesinin irəli aparılması üçün mühitin yaradılması, münaqişənin həlli üçün danışıqlar prosesində konkret və nəticəyönümlü addımların atılması vacibliyi bildirilir: "Atəşkəsin davam etdirilməsi, danışıqların intensiv, substantiv əsaslarla bir-birini tamamlaması vacib şərtlərdəndir, bunlar paralel və davamlı aparılmalıdır. Ötən gün Prezident İlham Əliyev bir daha bildirdi ki, münaqişənin həlli ilə bağlı Azərbaycan dövlətinin mövqeyi bəllidir və birmənalı xarakter daşıyır. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.
Deputat əlavə edib ki, Azərbaycanın münaqişənin həlli istiqamətində mövqeyinin əsasını Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri təşkil edir: “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Azərbaycan bu mövqeyindən bir addım da olsun geri çəkilməyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB