İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Tehrana qarşı təzyiqini “iqtisadi terror” adlandırıb. SİA-nın xəbərinə görə,xarici mətbuata istinadən verdiyi xəbərə görə, İranın XİN başçısı bu barədə öz “Twitter” səhifəsində qeyd edib.
“ABŞ prezidenti Donald Trampun İrana qarşı “maksimum təzyiqi” - BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun gəlməməklə yanaşı, İranda baş verən daşqınlarla bağlı edilən yardımlara mane olur. İran bu səbəbdən xilasedici helikopterləri qəbul edə bilmir”, - deyə Zərif qeyd edib.
“Bu təkcə iqtisadiyyat müharibəsi deyil, həm də iqtisadi terrordur”, -deyə XİN başçısı əlavə edib.
Qeyd edək ki, İranda ötən həftədən güclü sel daşqınları ilə üz-üzədir. Ölkənin üçdə bir hissəsinə təsirini göstərən sel onlarla insanın canını almaqla yanaşı, 10 əyalətə ciddi ziyan vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB