“Türkiyədə bələdiyyə seçkiləri həmişə önəmli sayılıb və heç də parlament seçkilərindən geridə qalmır. Çünki Türkiyədə siyasi sistem elə qurulub ki, yerli idarəetmə qurumları sosial-iqtisadi problemlərin həll edilməsində, yaxud əhalinin sosial rifahının yaxşılaşdırılması məsələsində həlledici rol oynaya bilirlər”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Türkiyənin ənənəvi siyasi partiyalarının bələdiyyə seçkilərində fəallıq göstərdiyini deyən politoloq söyləyib ki, çünki, hansı partiya bu seçkilərdə qalib gəlirsə, qarşıdan gələn parlament seçkilərində qələbəsi üçün seçildiyi yerlədə yaxşı zəmin yaradır: “Bələdiyyə seçkilərində hansısa partiya çoxluq, yaxud azlıqda qalıbsa, bu, parlament seçkilərində də öz əksini tapır. İndiki halda isə əksər inzibati ərazilərdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Millətçi Hərəkat Partiyasının qurduğu “Cümhur İttifaqı” qələbə qazanıb”.
Qarşıda duran hədəflərdən söz açan İ. Vəlizadə deyib ki, Türkiyədə iqtidar sosial-iqtisadi problemlərin həll edilməsi istiqamətində konkret addımlar atmalıdır: “Yeni gündəlik təqdim etməlidir ki, bu da asan məsələ deyil. Başqa sözlə, qarşıdakı illərdə Türkiyənin siyasi mənzərəsi mürəkkəbləşəcək və siyasi mübarizə ciddi rəqabət halını alacaq. Yəqin ki, Türkiyə iqtisadiyyatını da asan illər gözləmir”.
Politoloq vurğulayıb ki, Türkiyədə müxalifətin hədəfi isə 2024-cü ildir: “Belə ki, həmin il Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB