Paşinyan və Saakyan telefonla Vyanadakı görüşü müzakirə ediblər

Paşinyan və Saakyan telefonla Vyanadakı görüşü müzakirə ediblər

Ermənistan Respublikasının Baş naziri Nikol Pashinyan və Dağlıq Qarabağda qondarma Artsaxın qondarma prezidenti Bako Sahakyan arasında telefon danışığı olub. SİA tert.az saytındakı məlumata istinadən xəbər verir ki, telefon danışığı zamanı 29 mart tarixində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən görüşü və nəticələri müzakirə edilib. Bu barədə sözügedən sayta Ermənistanın baş nazirini aparatının mətbuat xidməti məlumat verib.

Onlar həmçinin martın 12-də Stepanakertdə keçirilmiş Ermənistan və qondarma Artsaxın Təhlükəsizlik Şuralarının birgə iclasında formalaşdırılmış gündəmin gələcək icrası ilə bağlı məsələlərə də toxunublar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə