"Türkiyədə keçirilən bələdiyyə seçkiləri mahiyyət etibarilə bir millətin seçkilərə necə önəm verməsinin göstəriicisi idi. Mən deyərdim ki, bəlkə də son 50 ildə Türkiyədə bu qədər maraqlı seçki keçirilməmişdi. Seçkilərin ümumi nəticələrinə görə AKP qalib gəlsə də, YSK-nın ilkin nəticələrinə görə ən böyük şəhərləri Atatürkün partiyası CHP qazandı". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Politoloqun sözlərinə görə, seçki nəticələrinə bəzi etirazların olmasına və gələcəkdə YSK-nın qərarına görə hər hansı dəyişikliyin olmasına baxmayaraq artıq ümumi mənzərə aydındır: "Türkiyədə artıq yeni dönəm başlanır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişi ölkədə seçki böhranını aradan qaldırdı. Partiyalararası rəqabət və xarizmatik liderin olmaması hər iki ildən bir yeni seçkilərin keçirilməsi ilə nəticələnirdi. Bu da öz növbəsində ölkə üçün ciddi problemlər mənbəyi idi. Ərdoğan erkən seçim probleminə son qoydu. Ölkədə ciddi konstitusiya dəyişikliyi edildi. Türkiyə regionda ciddi fiqura çervrildi və orta doğuda söz sahibi oldu. Bütün bunlara baxmayaraq görüləsi vacib olan bəzi məsələlərin həllinə ehtiyac var. Türk xalqının layiq olduğu yer Avropa Birliyinə üzvlükdür ki, bu da müəyyən problemlərə görə zamanlanıb.
Bu seçkilərdən sonra 2023-cü ilə qədər toparlanıb yeni qüvvə ilə dünya qarşısına çıxmalıdır. 2023-dən sonra biz tamamilə başqa Türkiyə görəcəyik. Bir neçə söz İstanbul və Ankara bələdiyyə seçkiləri barədə demək istəyirəm. Əvvəla onu qeyd edim ki, bu seçkilər əvvəlki seçkilərə müqayisədə yüksək səviyyəli mədəni debatlar şəraitində keçdi. İstanbul bələdiyyəsinə əsas iki namizəd Binəli Yıldırım və Ekrem İmamoğlu yüksək mədəniyyət və professional siyasətçi tərzi göstərərək ədəbli və türk millətinə yaraşan bir seçki marafonu həyata keçirdilər. Nəticələrin necə olmasından asılı olmayaraq indiyə qədər tanınmamış bir siyasətçi olan Ekrem İmamoğlunun gülə-gülə sakit və təmkinli tərzdə apardığı seçki marafonu onun böyük uğurudur. Ankara bələdiyyəsinə seçkilərdə də AKP və CHP-dən olan namizədləri yüksək mədəniyyəti təqdirəlayiqdir. Azərbaycanla sərhəd bölgələrə Türkiyənin həssas yanaşması diqqətdən qaçmamalıdır. Hakimiyyət partiyası bu bölgələrdə terrora meyilli qüvvələrin qalib gəlməməsi üçün maksimum çalışaraq öz namizədlərini seçilməsini təmin etdilər. Bu da Azərbaycan hakimiyyətinin maraqlarına tam uyğundur və mən deyərdim ki, istəyidir. İğdır, Ərzrum və Qarsa görə MHP və AKP-yə xüsusi təşəkkür düşür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB