"Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır” ÖZƏL -MÜNASİBƏT
“Ermənistanın yeni baş naziri Nikol Paşinyan vəzifəyə gələn kimi əsas irəli sürdüyü fikir qondarma “Dağlıq Qarabağ Respublika”sını danışıqlarda təmsil olunmasını təşkil etmək olub. Yəni biz əvvəldən də düzgün olaraq qeyd etmişik ki, Azərbaycan ərazilərini Ermənistan silahlı qüvvələri işğal edib”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.
Bu gün işğalçı ölkə çalışır ki, riyakarlıq etsin. Bildiyiniz kimi, indiyədək nə Rusiya, nə də Ermənistan qondarma rejimi tanımayıb. Yəni bununla da göstərmək istəyirlər ki, guya bu prosesdə onlar tərəf kimi deyillər. Bu riyakarlıqla edilən cəhdlər də Vyana görüşü ərəfəsində deyilsə də iflasa uğradı. Beləcə yenə də bütün dünya işğalçı tərəf kimi Ermənistanın danışıqlarda iştirak etdiyinin şahidi oldu. Yəni bu danışıqlarda müsbət irəliləyiş hesab oluna bilər. Danışıqlar prosesinin mahiyyətinə gəldikdə, Azərbaycan Respublikasının mövqeyi bəllidir və birmənalı xarakter daşıyır. Mövqeyimizi əsasən Helsinqi yekunu haqqında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri təşkil edir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB