"Vyanadakı danışıqlar müsbət keçdi amma irəliləyiş yoxdur" Paşinyan

"Vyanadakı danışıqlar müsbət keçdi amma irəliləyiş yoxdur" Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Vyanada aparılan danışıqları müsbət qiymətləndirib. SİA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə baş nazir erməni diasporu ilə görüşdə açıqlayıb.

"Görüşü müsbət qiymətləndirirəm. Ancaq deyə bilmərəm ki, danışıqlar prosesində irəliləyiş və ya təkamül var. Əsas odur ki, tərəflər problemlər barədə müzakirələr aparmağa başlayıblar", - Nikol Paşinyan qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə