"Ermənistan rəhbərliyi konkret addımlar atmaq fikrində deyil" ÖZƏL -MÜNASİBƏT
“Prezident İlham Əliyevin Ermənistana ən böyük güzəşti danışıqlar prosesini davam etdirərək işğalçı ölkə rəhbəri ilə bir masada əyləşməsidir. İşğalçı ölkəyə zəbt etdiyi Azərbaycan torpaqlarından qoşunlarını geri çəkmək üçün konkret müddət qoyulmalıdır. Əfsuslar olsun ki, real vəziyyət bunun əksini deyir. İyirmi səkkiz ildən artıqdır ki, Ermənistana yürütdüyü işğalçılıq siyasətinə görə vaxt qoyulmur, tələb irəli sürülmür”. Bunu SİA-ya Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin rəhbəri, hərbi ekspert Emin Həsənli deyib.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan münaqişə ilə bağlı öz üzərinə düşən öhdəlikləri həmişə yerinə yetirib, sülh prosesinə sadiqlik nümayiş etdirib.
Birlik sədrinin sözlərinə görə, erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, gec-tez bu torpaqlar Azərbaycana qayıdacaq: "Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi konkret addımlar atmaq fikrində deyil. Çünki beynəlxalq ictimaiyyət işğalçı ölkəni konstruktiv mövqe nümayiş etdirməyə sövq etmir".
Ermənistanın müstəqil deyil, diasporadan, ayrı-ayrı dövlətlərdən asılı olduğunu deyən hərbi ekspert bu səbəbdən işğalçı ölkədən konkret addımlar atmasını gözləməyin çətin olduğunu vurğulayıb.
Hərbi ekspert əlavə edib ki, münaqişənin ədalətli həlli üçün Rusiya Ermənistana təzyiq etməlidir: "Əgər Ermənistan torpaqları öz xoşu ilə qaytarmasa, Azərbaycan danışıqları dayandırıb hərbi yolla öz ərazi bütövlüyünü bərpa etməli olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB