“Baxmayaraq ki, yanan “Diqlas” ticarət mərkəzi özəl sektor idi, orada çalışan sahibkarlar öz əmlaklarını sığorta etdirməli idi və bu vəziyyətdə öz haqlarını sığorta şirkətlərindən tələb etməli idilər. Amma məlum oldu ki, sığorta olunmayıb və orada çalışan 100-lərlə vətəndaşımız bir günün içərisində öz əmlaklarından məhrum olublar. Ancaq Azərbaycan dövləti və aparılan güclü sosial siyasət nəticəsində hər bir zaman vətəndaşının yanında olduğunu, onların problemlərinin həllində dəstək olduğunu bir daha göstərdi”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O bildirib ki, cənab prezidentin bu məsələni operativ sürətdə müşavirədə müzakirəyə çıxarması və həmin sahibkarlara dövlət yardımının təşkil edilməsi göstərdi ki, ölkə başçısı 2003-cü ildə prezident səlahiyyətlərinə başlayarkən “mən hər bir azərbaycanlının prezidenti olacağam” siyasətini hər dəfə həyata keçirir: “Cənab prezident hər zaman Azərbaycan vətəndaşının yanında olub, onlara dəstək göstərib. Cəmiyyətdə ölkə başçısına etimad həddən artıq böyükdür. Bu, əlbəttə böyük ruh yüksəkliyi, dövlətə bağlılıq yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB