"Ümumiyyətlə ATƏT indiyədək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində elə bir ciddi iş görməyib". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloqun sözlərinə görə, ATƏT 28 il ərzində Azərbaycana ərazi bütövlüyü ilə bağlı hər hansı normal bir addım atmayıb: "Bu mənada mən ATƏT-dən heç nə gözləmirəm. Martın 29-da Azərbaycan və Ermənistan rəhbərliyinin Vyanada keçirəcəyi görüş də sanki dilsiz adamla savadlı adamın danışığı kimi bir şeydir. Yəni Nikol Paşinyan çox provokator bir adamdır. O həm də küçədən gələn bir siyasətçidir. Paşinyan öz sözünü deyə bilmir. Bu adam indi ABŞ-da olan erməni milli konqresinin iddiasını gündəmə gətirməlidir. Təbii ki, Azərbaycan Prezidenti onunla görüşəcək. Amma bu görüşün nəticəsi olacağına mən inanmıram. Çünki erməni ermənidir. Dəfələrlə biz onlarla danışıqlar masasında əyləşmişik. Onlar hər görüşdə bir provokasiyaya əl atıblar. Sabahkı görüşdən öncə də Azərbaycan yenə də şəhid vermək məcburiyyətində qaldı. Düzdür, Ordumuz bunun əvəzini ikiqat aldı amma bu ilk dəfə deyil. Bu sadəcə olaraq ATƏT-in görüş xatirinə keçirdiyi bir görüş olacaq".
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB