Minlərlə nümayişçi İordaniyada küçələrə çıxaraq ölkədəki iqtisadi şəraitə etiraz edib və baş nazirin istefa verməsini tələb ediblər.SİA-nın voanews.com a istinadən verdiyi məlumata görə, paytaxt Amman və başqa şəhərlərdə başlayan nümayişlər Tunisdə oxşar nümayişlərin hökuməti dəyişməsindən sonraya təsadüf edir.
Müxtəlif şüarlar səsləndirən nümayişçilər baha ərzaq qiymətlərinə etiraz edib və hökuməti korrupsiyanın qarşısını almamaqda ittiham ediblər.
Bu gün baş verən nümayişlər son həftələrin ən irimiqyaslı nümayişləridir. Mitinqlər müxalifət qrupları tərəfindən təşkil olunub. Təşkilatçılar mintiqlərə qərar verərkən baş nazir Samir əl-Rifainin vədlərinə məhəl qoymayıblar. Baş nazir vəd etmişdi ki, hökumət işçilərinin maaşları və pensiyalar artırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB