"Sarkozi Əfqanıstandakı birlikləri çəkməyərək fransız əsirlərin öldürülməsinə yaşıl işıq yandırdı".
SİA-nın "TRT Haber ə istinadən verdiyi məlumata görə, "Əl Qaidə" terror təşkilatının lideri Üsamə Bin Laden Fransanı təhdid edib.
Bin Laden "Əl Cəzirə" televiziyasında yayımlanan səs lentində "Fransa prezidenti Nikola Sarkozi Əfqanıstandakı birlikləri çəkməyərək fransız əsirlərin öldürülməsinə yaşıl işıq yandırdı" deyilib.
Bin Laden Fransanın Əfqanıstan siyasətinin əvəzini ödəyəcəyini də iddia edib.
Fransanın xarici işlər naziri Mişel Alliomari isə Bin Ladenin girovların buraxılması ilə Əfqanıstandan əsgər çəkilməsi arasında bağlantı quran mesajını qınayıb. Qeyd edək ki, beşi Səhra çölündə, ikisi Əfqanıstanda olmaqla 7 fransızı "Əl Qaidə"yə bağlı təşkilatlar girov saxlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB