Ermənistanda etiraz aksiyası keçirilir

Ermənistanda etiraz aksiyası keçirilir

Ermənistanda lombard sahibləri və mübadilə məntəqələrinin işçiləri Ermənistan hökumətinin binası qarşısında aksiya keçirirlər. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlar “Dövlət rüsumu haqqında” qanuna son dəyişiklikdən sonra dövlət vergisinin 60 dəfə artmasından narazılıq ediblər.

Lombardlar üçün müəyyən olunmuş 100 min dramlıq vergi 6 milyon drama, mübadilə məntəqələri üçün nəzərdə tutulmuş 50 min dram vergi isə 3 milyon drama qədər artırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə