"Azərbaycan son illər çox vacib forumlar təşkil etməklə dünyada sabitliyə töhfə verir. Monteneqro da Azərbaycana dost ölkəsidir". SİA-nın xəbərinə görə, bunu Monteneqronun prezidenti Milo Dukanovic VII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.
O bildirib ki, dünyada yeni problemlər yeni siyasət tələb edir: "Yeni siyasət dünyada təhlükəsizliklə əlaqədar çox vacibdir. Əlbəttə hər kəs öz mövqeyindən danışa bilər. Lakin Balkan ölkəsi olaraq deyə bilərəm ki, Monteneqro 6 ölkə arasında müharibə olmayan yeganə ərazidir. Lakin biz bununla kifayətlənmirik. Biz regionda baş verənləri yaxından izləyir və müzakirə edirik".
Dukanovic qeyd edib ki, ölkələr xarici siyasətini əməkdaşlığın daha prioritet olması üzərində qurmalıdır: "Monteneqro buna üstünlük verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB