Rusiya mətbuatı Vidadi İsgəndərlinin ermənilərlə iş birliyini üzə çıxardı ŞOK!

Rusiya mətbuatı Vidadi İsgəndərlinin ermənilərlə iş birliyini üzə çıxardı ŞOK!

Oleq Nikolayev: “Ertməni kurs yoldaşları ona Fransada sığınacaq almağa kömək ediblər”

“Əvvəlcə Azərbaycandan Gürcüstana qaçan, sonradan isə, Fransadan sığınacaq alan, keçmiş prokurorVidadi İsgəndərli “Youtube”də özünün aqressiv və təxribatçı “xütbələri” ilə təəccübləndirməyi dayandırmır”. SİA xəbər verir ki, bu barədə Rusiyanın “Novıye İzvestiya” saytının siyasi yazarı Oleq Nikolayev “Vidadi İsgəndərli “ermənicə danışdı”” başlıqlı məqaləsində qeyd edib.

Oleq Nikolayev sözügedən məqaləsində Vidadi İsgəndərlinin danışıqlarının səviyyəsizliyini, etik normaları həddən artıq aşdığını və həqiqətə söykənməyən iddialar irəli sürdüyünə işarə edib.

Həmin yazısında bildirir ki, İsgəndərli bu dəfə öz versiyalarını Dağlıq Qarabağ hadisələri ətrafında gətirib və o, ermənilərin marağından, eləcə də Rusiyaya qarşı yalan və böhtanlarla çıxış edərək, özünün reklamını etməklə məşğuldur.

Oleq Nikolayev Vidadi İsgəndərlinin artıq çoxdan və uğursuz şəkildə özünü azərbaycanlılara xatırlatmağa çalışır və nə az, nə də çox, siyasi sürgündə olan əzabkeş iddiasında olduğunu göstərməyə çalışır.
“İsgəndərli saratovlu müxalifətçi-ekstremist Vladislav Maltsevə oxşayır”

Müəllif, İsgəndərlini Saratovdan olan rusiyalı radikal müxalifətçi-ekstremist Vladislav Maltsevə bənzədib: “Mümkündür ki, İsgəndərli özünün qalmaqallı xütbələri ilə Azərbaycanda tərəfdaş tapacağını düşünür və nəticədə siyasətdə tektonik irəliləyiş edəcəyini hesab edir. Bu mənada, İsgəndərli saratovlu müxalifətçi-ekstremist Vladislav Maltsevə oxşayır, hansı ki, o da Avropaya qaçıb və eynilə “Yotube” vasitəsi ilə Rusiyaya qarşı çıxış edir, vədlər verir ki, ölkə Oktyabr inqilabının 100-cü ildönümündə “rejim çökəcək”. Ancaq Maltsevin proqnozları özünü doğrultmadıqca, aqressiyası isə qeyri-konsttruktivliyə çevrildikcə, rusiyalılar anti-Rusiya ritorikasında çıxış edən əcaib “inqilabçıya” sadəcə əllərini yelləyib-keçirlər”.

“Həmin mənbələr Ermənistanın eks-prezidenti Robert Koçaryanın xalası oğlu Sergey Akopyan və Moskva vilayətinin “Mıtşinskaya” vəkillər kollegiyasının hazırkı rəhbəri Araz Mirzabekyan da daxil olmaqla onun kurs yoldaşlarıdırlar”

“Əgər Maltsev şəxsi düşüncələrindən çıxış etdiyinə and içir və başqalarının dediklərini təkrar etmədiyini deyirsə də, İsgəndərli yaxınlardakı “xütbəsində” Qarabağ hadisələri ilə bağlı irəli sürdüyü versiyalarının mənbələrini açıqlayır”, deyə məqalədə bildirilir: “Həmin mənbələr Ermənistanın eks-prezidenti Robert Koçaryanın xalası oğlu Sergey Akopyan və Moskva vilayətinin “Mıtşinskaya” vəkillər kollegiyasının hazırkı rəhbəri Araz Mirzabekyan da daxil olmaqla onun kurs yoldaşlarıdırlar. Vəkil Mirzabekyanın “Facebook” səhifəsində təhsil qrafasında “XHİ” abbreviaturası qeyd olunub ki, bu da Dzürjinski adına Xarkov hüquq institutu mənasını daşıyır. Hazırda ora Yaroslav Mudrı adına hüquq universiteti adlandırılır. 1988-ci ildə XHİ-ni eyni kursdan olan Mirzabekyan, Akopyan və İsgəndərli bitirirlər. Onlar nəinki eyni qrupda təhsil alıblar, həm də eyni yataqxanada yaşayıblar. Tale bu hüquqşünasları müxtəlif şəhər və ölkələrə səpələyib: Mirzabekyan Rusiyada vəkillik yolunu davam etdirib, Akopyan karyerasını Ermənistanda qurub, İsgəndərli isə əvvəlcə Azərbaycan prokurorluğunda fəaliyyətə başlayıb, sonra da anidən müxalifətçiliyə keçib və mühacirət edib.

“İsgəndərlinin “xütbələrindən” nəticə çıxararaq deyə bilərik ki, məhz erməni kurs yoldaşları onun “gözlərini açıblar”

Vidadi İskəndərlinin etirafına görə, o erməni institut yoldaşları ilə əlaqələrini kəsməyib və onlarla bir çox delikat mövzuları müzakirə edib, görünür üzərində onların (ermənilərin – R.R.) təsirini daha çox hiss edib. İsgəndərlinin “xütbələrindən” nəticə çıxararaq deyə bilərik ki, məhz erməni kurs yoldaşları onun “gözlərini açıblar” və guya Qarabağın “Əliyevlə Rusiya arasında ticarət predmeti” (dırnaqlar bizimdir-R.R.) olduğunu deyiblər”.

Müəllif, İsgəndərlinin Fransada siyasi sığınacaq tapmasını da təsadüf hesab etmədiyini yazır. İddia olunur ki, erməni kurs yoldaşları onun Parisdə sığınacaq almasına kömək ediblər: “Hansı ki, məhz Fransada erməni diasporu çox güclüdür və erməni siyasi lobbisi ənənəvilik alıb. Görünür, XHİ-dəki hüquqşünas kurs yoldaşları İsgəndərlinin həyatının dramatik vəziyyətində onun Parisdə yerləşməsi, lazımi sənədlərə və qrantlara yiyələnməsi üçün ona bu qərarı verməkdə kömək ediblər. İsgəndərli isə bunun müqabilində ona təklif olunmuş versiya üzrə Qarabağ və s. olayları yayıma çıxarmağa çalışır, əlbəttə ki, təbliğatçı türk, lakin fəaliyyətdə olan təhlükəli kimi. Çətin ki, İsgəndərli yetərli qədər azərbaycanlılara az da olsa təsir edə bilsin, lakin ölkənin gənc düşüncəli vətəndaşları bu kimi siyasi korroziyaya uğramış emosional və antitarix leksiyaların təsirinə düşə bilərlər”.

“İstənilən şərləri utanmadan ata bildi”

Məqalədə xüsusilə qeyd olunur ki, “oturmuş” prokurorun yalan və böhtanları keçmiş SSRİ respublikalarında siyasi vəziyyəti laxlatmaqda maraqlı olan destruktiv güclərin də dadına yetib. “Əlbəttə, belə güclər Qərbi Avropa və ABŞ-dakı mərkəzlərlə əlaqəlidirlər ki, İsgəndərlinin, həmçinin qrantverənlərinin həmin meydanda çıxışını müəyyən edib. Bakıdan olan qaçqını “Azadlıq” radiosuna və sə bənzər KİV-lərə dəvət etməyə başladılar ki, “müxalifətçi” mikrofonlar və qəzetlər vasitəsi ilə istənilən şərləri utanmadan ata bildi”, qeyd edən rusiyalı müəllif əlavə edib ki, bütövlüksə onun “xütbələrində” heç bir fakt, məna və sübutlar yoxdur.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə