20 Yanvar faciəsinə həsr olunan bloq istifadəyə verilib

20 Yanvar faciəsinə həsr olunan bloq istifadəyə verilib
"İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi qanlı Yanvar faciəsinə həsr olunan bloq istifadəyə verib. Bu barədə SİA-ya birlikdən məlumat verilib. Bloqda faciənin tarixini özündə əks etdirən, azərbaycan, rus və ingilis dilində məlumatlar, foto və video materiallar yerləşdirilib.

Nəzərinizə çatdıraq ki, "İRƏLİ" İctimai Birliyi virtual məkanda Azərbaycan maraqlarının qorunması və tarixi həqiqətlərin əks olunduğu məlumat bazalarının yaradılmasını daim diqqət mərkəzində saxlayır. Bugünə qədər "Mənim Qarabağım – Mənim Azərbaycanım" layihəsi Çərmivəsində iğal altında olan bölgələrimiz haqqında 10-a yaxın bloq-sayt hazırlanəb və bu layihə hələ də davam etməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə