YAP Biləsuvar rayon təşkilatında görüş keçirilib

YAP Biləsuvar rayon təşkilatında görüş keçirilib

Bu gün YAP Biləsuvar rayon təşkilatının ərazi ilk partiya təşkilatları ilə görüşü keçirilib. Görüşdə rayon təşkilatının sədri Kamil Mirzəyev çıxış edərək, Azərbaycanın sosial-iqtisadi siyasətində inqilabi islahatların aparıldığını bildirib: "Düşünülmüş sosial siyasətlə irəliləyən Azərbaycan son 15 ildə sürətli inkişafı sosial sahədə irimiqyaslı islahatlar aparmağa imkan yaradıb. Azərbaycan hökuməti iqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial proqramları genişləndirib. Belə ki, dövlət başçısının son 15 ildə imzaladığı fərman və sərəncamlar, həmçinin, xüsusi dövlət proqramları əhalinin sosial müdafiəsini gücləndirib".

K.Mirzəyev, onu da vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə çıxışı zamanı, qeyd etdi ki, ölkədə aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb. Bu, bir real faktordur ki, Prezident İlham Əliyev daima sosial problemlərin həllini diqqət mərkəzində saxladığına görə, yaranmış imkanların, ilk növbədə, məhz sosial sahəyə yönəldilməsini təmin etdi: "Ölkə Prezidenti İlham Əliyevin vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, ölkəmizin daha da inkişaf etdirilməsinə xidmət edən sərəncamları, fərmanları və qərarları realaşdırılan böyük sosial islahatlar paketinin tərkib hissəsidir. Belə ki, 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödənişin edilməsi, şəhid ailələrinin müavinətlərinin 242 manatdan 300 manatadək artırılması, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinətin 220 manatdan 300 manata qaldırılması, minimum əməkhaqqını 38 faiz artırılaraq, 130 manatdan 180 manata çatdırılması, həmçinin, minimum pensiyaların məbləğinin də təxminən 38 faiz - 116 manatdan 160 manata qədər artırılması, eləcə də, təqribən 100 minə yaxın tələbənin təqaüdünün qaldırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin olduğunu bir daha sübut etmiş olur".

Təbirdə YAP Biləsuvar rayon təşkilatının siyasi şurasının üzvü, rayon Ağsaqqalllar Şurasının sədri Əvəz Miriyev, ərazi ilk partiya təşkilatının sədrləri çıxış edərək, ölkə Prezidenti İlham Əliyevin sosial siyasəti əhalinin sosial müdafiəsi, təhsili, əhalinin sağlamlığının qorunması, gənclər siyasəti və əhalinin digər ictimai-mədəni ehtiyaclarının ödənilməsi sahəsində fəaliyyətini əhatə etdiyini bildiriblər. Çıxışlarda o da vurğulanıb ki, xalq öz Prezidentinə inanır və daim Onun arxasındadır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə