"Ermənistanın Təhlükəsizlik Şurası Xankəndində, Azərbaycan torpaqlarında toplanır. Ermənistan baş nazir Nikol Paşinyan da artıq Xankəndidədir. Heç şübhəsiz ki, bu açıq-aşkar təxribatdır. Hesab edirəm ki, Avropa İttifaqından, ATƏT rəhbərliyindən Ermənistana edilən təzyiqlər fonunda və eyni zamanda qarşıda gözlənilən Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin ilk rəsmi görüşü fonunda bu çox ciddi təxribatdır. Hətta deyərdim ki, bu, gözlənilən görüşün baş tutmamasına istiqamətlənmiş bir addımdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, Avropa İttifaqının Təhlükəsizlik və Xarici siyasət məsələləri üzrə komissarı Federika Mogerini aydın və birmənalı şəkildə söylədi ki, heç bir ilkin şərt irəli sürmədən danışıqlara getmək lazımdır: "Yəni Paşinyanın qondarma rejimi danışıqların tərəfi kimi qəbul etmək planı üstündən xanım komissar xətt çəkdi. Eyni zamanda Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han da anoloji yanaşmanı ortaya qoydu. ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak da Azərbaycanda səfərdə olarkən Azərbaycan Prezidenti cənab İlham Əliyevə söylədi ki, heç bir halda danışıqların formatına dəyişiklik olmamalıdır. Yəni o da qondarma rejimin danışıqlar prosesinə qatılmasının əleyhinə olduğunu bildirdi.
Bu reallıqlar fonunda Ermənistanın kemiş prezidenti və bu gün həbsxanada olan Robert Koçaryan Paşinyana bir ultimatum göndərdi ki, o Qarabağ münaqişəsi ilə bağlı təslimçi mövqeyə keçmək istəyir. Bilsin ki, Koçaryan həbsdə olsa da bir qarış da torpağın Azərbaycana qaytarılmasına imkan verməyəcək. Artıq “Daşnaksütyun” partiyası da Paşinyanı eyni tərzdə hədələməyə başlayıb. Yəni “Qarabağ kartı”ndan artıq bir-birinə qənim kəsilən tərəflər bir təzyiq vasitəsi kimi istifadə etməyə başlayıblar. Bütün bunların fonunda Ermənistanın Təhlükəsizlik Şurasının Xankəndində toplanması təxribatın bariz göstəricisidir. O belə addımlar atmaqla ilk növbədə daxili auditoriyanı sakitləşdirir və ona ittiham irəli sürən tərəfləri neytrallaşdırmaq istəyir. Hesab edirəm ki, bu çox məsuliyyətsiz və təxribatçı bir addımdır. Bu addıma görə bütün məsuliyyət Paşinyanın üzərinə düşür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB