Leyla Yunusun erməni sevgisi tükənmir

Leyla Yunusun erməni sevgisi tükənmir

Avropa Parlamentində "Armenophobia" adlı tədbirdəki çıxışı bir daha bunu sübut etdi

Avropa Parlamentində keçirilən "Armenophobia" adlı tədbirdə özünü "hüquq müdafiəçisi" kimi qələmə verən Leyla Yunus yenə də erməni sevgisini nümayiş etdirərək, Azərbaycan əleyhinə növbəti çıxışlarını edib. Doğrusu, bu, heç də təəccüb doğurmur. Çünki əqidəsiz, əxlaqsız və mənəviyyatsız bir ünsürdən belə satqınçılıq və çirkin əmllər həmişə olub. Bu, o L.Yunusdur ki, dəfələrlə Azərbaycan əleyhinə çıxışlar etməklə, ermənilərin xalqımıza qarşı qərəzli mövqeyini müdafiə edib və onlara dəstək verib. Görünür, erməni dostları növbəti dəfə onun "dəstəyindən" yararlanmaq istəyiblər.
Fikirlərini "Ermənifobiya Azərbaycanda təhsilin tərkib hissəsi kimi" başlığı altında cəmləyən L.Yunus azərbaycanlıların uşaqlıqdan ermənilərə və bütün xristianlara qarşı nifrət ruhunda tərbiyə edildiyini söyləyib: "Uşaqları 10 yaşlarından başlayaraq inandırmağa çalışırlar ki, azərbacanlılar qara geyimli imansız xristianların və ermənilərin düşmənləridir".
Onu da qeyd edək ki, ermənilərin bu tipli tədbirləri keçirməkdə əsas məqsədləri azərbaycanlıları şovinist, bütün ermənilərə nifrət edən bir xalq kimi qələmə verməkdir. Hər kəsə yaxşı məlumdur ki, ermənilər özləri digər millətlərə, xüsusən də, azərbaycanlılara qarşı böyük kin-küdurət bəsləyənlərdir. 1905-07, 1918-ci illərdə və 1992-ci ildə Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarını xatırlamaq kifayətdir.

Leyla Yunusun xəyanətkar və satqın olduğu bir daha sübut olundu

Ermənilərin təşkil etdiyi tədbirdə ölkəmizin ünvanına şər və böhtanlar yağdıran L.Yunus kimi antimilli ünsürə qarşı mövqeyini bildirən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı L.Yunusun bu sərəsmləmələrinin cinayət olduğunu bildirib. L.Yunusa, sadəcə, acıyıram. Azərbaycanda övladları vətənə məhəbbət ruhunda böyüdürlər. L.Yunusun dedikləri özünün beyninin məhsuludur. Bununla, azərbaycanlıları öz aləmində aşağılamağa çalışır. Ermənilərin işğalçı olduğunu bütün dünya bilir. L.Yunusun belə sərsəm açıqlamaları cinayətdir. L.Yunus kimilərin belə çıxışlarının qarşısını almaq üçün alternativ çıxışlar olmalıdır. Bunu da, hökumətlə yanaşı, müstəqil QHT-lər edə bilər. L.Yunusun belə çıxışlarına son qoyulmalıdır".

Araz Əlizadə: "Leyla Yunus insanlığı yox, əclaflığı bacarır, bunu ölənə kimi də göstərəcək"

ASDP sədri, millət vəkili Araz Əlizadə L.Yunusun insanlığı yox, əclaflığı bacaran zəhərli ilan olduğunu bildirib: "mənəviyyatsız və iyrənc əxlaqa malik olan bu ünsür üçün əqidə adlanan tək bir şey var - o da puldur. Leyla üçün ürək də, göz də, hətta otuz iki diş də puldur. İndi də öz hərəkətləri ilə pula görə nələrə getməyə hazır olduğunu göstərir".
A.Əlizadə, onu da bildirib ki, bu kimi ünsürlər və onların məlum himayəçiləri unudurlar ki, Azərbaycan xalqı bu səviyyədə ucuz və şərəfsiz təbliğatın məqsəd və məramını onlardan da yaxşı bilir və erməni lobbisinin, eyni zamanda, lobbinin təsir dairəsində olan anti-türk dairələrin cəhdləri yenə də iflasa uğrayacaqdır. Leyla yunuslar və tərəfdaşları o qədər kiçik, cılız və acizdirlər ki, nə dedikləri, nə düşündükləri, hansı mövqedə olmaları Azərbaycan ictimaiyyəti üçün heç bir maraq kəsb etmir. Azərbaycan xalqı hər bir nüansı, hər bir addımı dəyərləndirə bilən bir cəmiyyətdir və xalqımız düşmən dəyirmanına su tökən istər xarici maraqlı dairələri, istərsə də daxilimzdəki ləyaqətsizləri yaxşı tanıyır, bunların çirkin əməllərini düzgün qiymətləndirə bilir. Ona görə də, əminik ki, cəmiyyət, ictimaiyyət nümayəndələri L.Yunus kimi antimilli ünsürlərin xəyanətkar fəaliyyətinə son qoyulmasını tələb edəcək və onlara layiq olduğu münasibəti göstərəcəkdir".
Göründüyü kimi, haqq nazilər, amma üzülməz. "Hüquq müdafiəçisi" adı ilə maskalanmış L.Yunus kimiləri heç qəbir də qəbul etməyəcək və buna əmin olsun. Zaman hər şeyi göstərəcək.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə