YAP Ağcabədi rayon təşkilatında Beynəlxalq Qadınlar Günü qeyd olunub

YAP Ağcabədi rayon təşkilatında Beynəlxalq Qadınlar Günü qeyd olunub

YAP Ağcabədi rayon təşkilatının inzibati binasında 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, o cümlədən, kənd investisiya layihəsi çərçivəsində fəaliyyət göstərən qadın inkişaf qruplarının üzvləri, "N" saylı hərbi hissənin qadın hərbiçiləri və ərazi ilk partiya təşkilat sədrləri iştirak ediblər. Tədbirdə öncə, YAP Ağcabədi rayon təşkilatının inzibati binasının foyesində kənd investisiya layihəsi çərçivəsində fəaliyyət göstərən "Uğur" və "İnam" qadın inkişaf qruplarının üzvlərinin istehsal etdikləri məhsulların sərgisi nümayiş olunub.

Tədbiri YAP Ağcabədi rayon təşkilatının iclas zalında davam edən rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açaraq, qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. O, ölkəmizdə qadınlara yüksək dəyər verildiyini və onların respublikanın ictimai-siyasi həyatında fəal mövqe tutduqlarını qeyd edərək, gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatının Təzəkənd ərazi ilk partiya təşkilatının sədri, "Uğur" qadın inkişaf qrupunun üzvü Kamilə Qasımova, YAP Ağcabədi rayon təşkilatının şura üzvü, "İnam" qadın inkişaf qrupunun üzvü Çiçək Şirəliyeva, "N" saylı hərbi hissənin qulluqçusu Vəfa Cəfərova, Azərbaycan Kənd Qadınları Assossasiyasının Qarabağ bölgəsi üzrə koordinatoru Yəməntac Əmirova, Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri, rayon təşkilatının şura üzvü Əlizadə Nəcəfov, rayon təşkilatı qadınlar şurasının sədri Radə Qafarova, rayon təşkilatının sədr müavini Teymur Rəhimov və digərləri çıxışlarında xanımları bayram münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə YAP sıralarına daxil olan bir qrup qadına üzvlük vəsiqələri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlara rayon təşkilatının Fəxri Fərmanları təqdim edilib.
Tədbirin bədii hissəsində Ağcabədi şəhər 5 saylı uşaq bağçası-körpələr evinin körpə fidanları və Ağcabədi şəhər 5 saylı tam orta məktəbin şagirdləri şeirlər söyləyiblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə