Təhmasib Novruzov: “Qumarbaz üçün qeyrət, namus, milli mənafe anlayışları yoxdur” RƏY-ÖZƏL
“Bu aksiyaların keçirilməsi cəhdləri iki başlıca məqsədə xidmət edir”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, birincisi, xaricdəki anti-Azərbaycan qüvvələr ölkəmizin inkişafından, xüsusilə son vaxtlar ölkə başçısı tərəfindən qəbul edilən inqilabi xarakterli sosial qərarlardan ciddi narahatlıq keçirirlər və bu qərarları, ölkəmizin inkişafını gözdən salmaq, sizin dediyiniz kimi, görülən işlərə kölgə salmaq məqsədilə Azərbaycanda inamsızlıq, etimadsızlıq mühiti yaratmağa cəhd edilər: “Onlar nəyin bahasına olursa-olsun, Azərbaycanın sürətli inkişafına əngəl olmağa can atırlar. Bütün bunlar artıq sirr deyil, ağlı başında olan hər bir azərbaycanlı bunu görür və qavrayır. İkinci məqsəd isə biznes məqsədidir ki, ölkəmizdə özünü siyasətçi, siyasi müxalifət kimi qələmə verən, ancaq ölkənin taleyini biznes bazarına çevirən bəzi qüvvələr həmin anti-Azərbaycan qüvvələrin bu istəklərindən yararlanaraq milyonlar qazanmaq fürsətini əldən vermək istəmirlər. Onların bu fəaliyyəti, sadəcə biznes deyil, həm də qumar oyununa bənzəyən bir fəaliyyətdir. Qumarbaz üçün isə qeyrət, namus, milli mənafe anlayışları yoxdur. Belələri üçün yalnız bir anlayış var. Necə olur-olsun, nələr qurban verilir-verilsin, ta ki, o çoxlu vəsait əldə etsin. Bax elə bəlalarımızın kökündə də belə qumarbazların qazanmaq hərisliyi dayanır. Ölkədə belələri olmasa, həmin qüvvələr pulu kimlərə verə və kimlərin vasitəsilə anti-Azərbaycan fəaliyyətlərini reallaşdıra bilərlər? Təbii ki, belə də onların istəkləri elə istək olaraq qalardı. Ancaq nə yazıqlar ki, damarlarında axan qanın hardan alındığını bilmədiyimiz belə siyasət dəllalları hələ də var və onlardan məharətlə istifadə edirlər. Əminəm ki, əvvəllərdə olduğu kimi, yenə onların bu fəaliyyətləri sonda iflasa məhkumdur. Çünki xalqın tam əksəriyyəti Azərbaycanın indiki sürətli inkişafında iqtidarla birlikdədir ki, bu birlik real gerçəkliklərə əsaslandığından onu sarsıtmaq asan məsələ deyil. Ölkə başçısının son səfərlərində, xüsusilə Ağsu-Şamaxı səfərlərində əhali ilə, sadə insanlarla görüşlərindəki xalq-iqtidar səmimiyyəti də dediklərimizin əsaslı olduğunu göstərir”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB