"Dünyada yeni güc mərkəzinin bünövrəsi qoyuldu. Çinin Uçjen şəhərində Rusiya-Çin-Hindistan Xİ nazirlərinin görüşü keçirildi. Görüş Çin Xİ naziri Van İnın verdiyi məlumata görə 3 ölkənin liderinin təlimatları əsasında keçirilir və Rusiya-Çin-Hindistan (RÇH) formatı yaradılır. Onlar çoxtərəfliliyi və beynəlxalq sistemi müdafiə edəcəklər, bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalacaqlarını bildirdilər". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, yeni güc mərkəzini yaratmaqda əsas məqsəd dünyadakı böhranların həllində, aradan qalxmasında aktiv rol oynamaqdır: "Bu vaxtadək RF və Çin ikisi birlikdə ABŞ-a qarşı görünür uğurlu koalisiya təşkil edə bilməyiblər. İndi Hindistanı da bura qoşurlar. Hindistanın qoşulması ilə vəziyyət yeni keyfiyyət mərhələsinə daxil olur. Çünki Hindistan bu vaxtadək ABŞ-ın təsir zonası hesab edilirdi. Hindistan artıq Çin tərəfindən problem yaradılmayacağına dair təminat alır və hər 3 ölkənin bir-biri ilə hərbi, iqtisadi əlaqələri kifayət qədər (hər 3 dövlət üçün) özünü təmin edən vəziyyət yaradacaqdır.
Rusiya ABŞ-a qarşı yeni hücum strategiyasını reallaşdırır:
I. RF Xİ naziri S.Lavrov ABŞ prezidenti D.Trampın KXDR lideri Kim Çen Inla Vyetnamda görüşü ərəfəsində Hanoyda oldu. ABŞ və KXDR liderlərinin görüşünün hazırlanmasında Rusiyanın iştirak etdiyini bildirdi. Həm ABŞ tərəfi, həm də KXDR tərəfi Rusiyaya müraciət ediblər və Rusiya bu görüşün təşkilində iştirak edib. Başqa sözlə, ABŞ-ın KXDR-lə əldə edə biləcəyi uğura bəri başdan Rusiya şərikliyini ortalığa qoydu.
II. Çinin Uçjen şəhərində Rusiya-Çin-Hindistan yeni, antiamerikan güc mərkəzi yaratdılar.
III. RF Venesuela məsələsində ABŞ-ın planını pozmaq iradəsini nümayiş etdirir. Hələ ki, Karakasın ona hərbi qüvvə üçün müraciət etmədiyini bildirir. Amma bu fonda RF Xİ naziri S.Lavrov ABŞ Dövlət Katibi M.Pompeo ilə danışıqlarda onu Venesuelaya qarşı hər cür hərbi əməliyyatlardan çəkinməyə çağırdı.
IV. V.Putin ABŞ-ın “Orta və Yaxın Mənzilli Raketlərin Məhdudlaşdırılması” müqaviləsindən çıxmasına cavab olaraq öz hökumətini bu mövzuda ABŞ-la danışıqlara təşəbbüs göstərməyi qadağan etdi. Hadisələrin əsas ağırlıq mərkəzini yenidən hərbi müstəviyə keçirdi. V.Putin Rusiya Federal Şurasına müraciətində yeni silahlar barədə daha çox məlumat verdi.
ABŞ da Rusiyaya qarşı fəaliyyətini gücləndirir və ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasətində ciddi dəyişiklik yoxdur. Hərbi cəhətdən ABŞ Rusiyaya qarşı aktivliyini artırıb. Qara dənizə ABŞ və NATO hərbi gəmiləri daxil olur, artıq bu hərbi gəmiləri Rusiya təhlükə kimi qəbul edir və izləyir. Krım üzərində ABŞ-ın hərbi kəşfiyyat təyyarələri bir neçə uçuşlar ediblər.
M.Pompeo Rusiyanı Yaxın Şərq regionunda güclənəcəyinə ABŞ-ın imkan verməyəcəyini bildirdi. Eləcə də Pompeo Rusiyanın qazını siyasi silah adlandırdı. Bu onu göstərir ki, ABŞ təkcə Yaxın Şərq regionunda deyil, həm də Aİ məkanında da Rusiyaya qarşı mübarizəsini davam etdirəcəkdir. S.Lavrov Rusiyanın sərhədlərində ABŞ və NATO qoşunlarının hədsiz dərəcədə çox toplanmasını bildirdi. Lavrovun fikrincə, Amerikanın mentor -müəllim kimi öyrətmək metodikası Rusiya tərəfindən qəbul olunmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB