Paşinyan yenə Qarabağa gəlir

Ermənistanın baş naziri Nikol Paşinyan martın 12-də Azərbaycanın işğal altındakı torpaqlarına gələcək. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazirin aparatı məlumat yayıb. “Ermənistan və Qarabağ rəhbərlərinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək”.

Ekspertlərin fikrincə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona son səfəri ilə bağlı danışıqlar prosesinin intensivləşməsi gözlənilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə