"Cənab İlham Əliyev hələ ilk dəfə Prezident seçkilərinə qatılanda söyləmişdi ki, o hər bir vətəndaşın Prezidenti olacaq. Cənab Prezident ilk gündən verdiyi sözə sadiq qaldı, öz vətəndaşının, seçicisinin yanında oldu, onları qorudu. Bu gün də eyni prioritet cənab Prezidentin sərgilədiyi siyasətin əsas istiqamətidir, xəttidir. Bunun əyani sübutu isə daim görülən işlər, insanlarla mütəmadi görüşlər, onların problem və qayğılarının aradan qaldırılması yolunda aparılan islahatlardır". Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
Deputatın sözlərinə görə, cənab İlham Əliyev hətta ad gününü belə xalqla, ələlxüsus da cəbhə bölgəsində qərarlaşan insanlarla bərabər qeyd edir: "Bu, xalqa, vətəndaşa bağlılığın ən bariz nümunəsidir. Fəqət, müəyyən qüvvələr var ki, Prezident-Xalq bağlılığının bu həddindən narahatdırlar, məlum bağlılıq həmin məkrli qüvvələri qıcıqlandırır. Ona görə də ənənəvi metodları işə salırlar, aranı bir şəkildə qarışdırmağa, mövcud duruma kölgə salmağa çalışırlar. Çünki xalqın öz Prezidentinə olan sevgisini həmin qüvvələr heç cür həzm edə bilmirlər. Bu həm də inkişafa aiddir. Yəni, ilbəil artan, yüksək dinamika üzrə irəliləyən inkişafımızı da həmin qara qüvvələrin gözləri götürmür.
Diqqət edin: ölkə möhkəmləndikcə, çiçəkləndikcə, irəli getdikcə kənarda narahat olan və qalan ünsürlərin də sayı paralel formada artır və dərhal Azərbaycan əleyhinə təbliğat başlayır. Əsas da hansısa siyasi hadisələr, seçkilər və ya beynəlxalq tədbirlər ərəfəsində. Təbii, belələrinin məqsədi bəllidir. Onlar gerçəkdən Prezidentin gücünü və Azərbaycanın uğurlarını qəbul edə bilmirlər. Ölkəmiz müstəqildir. Kimsədən asılı deyil. Öz yolu, öz siyasəti, öz strategiyası var. Bütün bunlar isə cənab İlham Əliyevin yürütdüyü dürüst, alicənab, məqsədyönlü siyasi fəaliyyətin nəticəsində mümkün olub. Ona görə xalq öz Liderinin yanındadır.
Biz xalq olaraq bundan sonra da bütün məkrli qüvvələrin, bizim inkişafı gözü götürməyənlərin cavabını verməliyik. Anındaca. Gözləmədən. Belə ünsürlərə zaman manevri imkanı tanımadan! Dərhal yerində oturdulmalıdır – xaricdəki qara qüvvələr də, ölkədəki radikal müxalifətin təəssübkeşləri də, trolları da".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB