“Gənclərin vətəndaşlıq tərbiyəsində 20 Yanvar hadisələrinin rolu”

“Gənclərin vətəndaşlıq tərbiyəsində 20 Yanvar hadisələrinin rolu”
Bu gün Gənclər və İdman Nazirliyində (GİN) 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunan "Gənclərin vətəndaşlıq tərbiyəsində 20 Yanvar hadisələrinin rolu" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd faciənin növbəti ildönümünün anmaq və qanlı hadisəni gənclərə çatdırmaqdır. Tədbirdə faciə nəticəsində həlak olan qəhramanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu gün ölkəmizin bütün bölgə və regionlarında 20 Yanvar faciəsi ilə əlaqədar tədbirlər keçirilir. Onun sözlərinə görə, hər il GİN-də bu ənənəni davam etdirərək hadisələrin gənclər arasında düzgün təbliğ olunması istiqamətində tədbir keçirir.

"Ənənəvi haldır ki, hər il ölkə başçısı tərəfindən bu günlə bağlı sərəncam verilir, yüksək səviyyədə işlər görülür. 21 il bundan qabaq gənc həyatlarını qurban verəməklə müstəqillyimizin təməlini qoydular. Ona görə də müasir gənclərimiz hadisəni, özünü qurban verənləri düzgün qiymətləndirməlidirlər. Bəlkədə o zaman canlarını qurban verənlər arasında alim, mütəxəssis, ölkənin inkişafında mühüm rola malik olan insanlar ola bilərdi. Bütün bunları örnək götürərək müasir gənclərimiz təhsil almalı, öz bilik və bacarıqları ilə ölkənin inkişafına çalışmalıdırlar".

Tədbirin davamında məruzəçilər faciə ilə əlaqədar hazırladıqları məruzələri səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə