"Paşinyan münaqişənin həllinin hərbi variantla mümkün olacağını başa düşmür" AÇIQLAMA-ÖZƏL
"Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın maraqlarının əksinə olan bəyanatları qeyri-adekvat olmaqla yanaş, danışıqlar formatının dəyişdirilməsinə xidmət edir". Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.
Həm Kazan, Vyana görüşlərində, həm də Sankt-Peterburq protokollarında tam şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı razılığın olduğunu xatırladan siyasi şərhçi hələ də Paşinyan danışıqlarda 3-cü tərəfin iştirakı ilə bağlı bəyanatlar səsləndirməsinə təəssüfünü dilə gətirib.
O bildirib ki, bu məsələ dəfələrlə Ermənistanın diqqətinə çatdırılıb və bundan sonra da çatdırılacaq: "Amma təəssüf ki, Paşinyan münaqişənin həllinin tək diplomatik, eyni zamanda diaspora səviyyəsində deyil, həm də hərbi variantla mümkün olacağını başa düşmür. O hələ də anlamır ki, əgər iki dövlət qarşı-qarşıya dursa bu məsələ hərb yolu ilə Azərbaycanın xeyrinə həll olunacaq. Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu açıqlayır. Lakin son məqamda hərb yolu qaçılmazdır. Ermənistana güc nümayiş etdirməklə danışıqlar masasına əyləşdirmək, münaqişənin həllinə nail olmaq lazımdır. Bunu isə beynəlxalq təşkilatlar edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB