“Ölkə başçısı bunu sözlə deyil, əməli işi ilə təsdiq edir" ÖZƏL-RƏY
“İlk öncə qeyd etmək istərdim ki, 2003-cü ildə İlham Əliyev prezidentlik fəaliyyətinə başladığı dövrdə “Mən hər bir vətəndaşın Prezidenti olacağam” mesajını verdi. Məhz bu mənada aparılan dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır”. Bunu SİA-ya açıqlamasında “SƏS” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
Siyasi ekspertin sözlərinə görə, bu gün cənab Prezident öz vədinə sadiqdir: “Ölkə başçısı bunu sözlə deyil, əməli işi ilə təsdiq edir. Məhz onun nəticəsidir ki, Prezident artıq bu gün birbaşa insanlarla təmasda olur. Qeyd etmək istərdim ki, ümumiyyətlə hər bir vətəndaş istəyər ki, Prezidentlə təmasda olsun. Hətta deyərdim ki, hər kəsin ürəyində öz lideri ilə bir xəyali söhbəti olur. Artıq bu gün həmin o xəyali söhbət reallığa çevrilib. Hər kəs bilir ki, cənab Prezident öz yubileyini məcburi köçkünlərlə sərhəd bölgəsində keçirdi. İnsanlara münasibət, vətəndaşlara diqqət, qayğı təkcə Prezidentlik postundan irəli gələn məsələ deyil. Bu eyni zamanda Liderin xalqına olan sevgisidir. Bu kimi amillər liderin xarizmatik keyfiyyətlərini, praqmatik düşüncəsini ortaya qoyur. Prezident gənclərlə görüşündə öz həyatını onlara misal çəkirsə, bu artıq səmimiyyətin göstəricisidir. Bütün bunlardan sonra isə gənclik öz səmimi fikirlərini ortaya qoydu. Hər bir görüşdə yenilik və yeni yanaşma ortaya çıxır. Cənab Prezidentin mədəniyyət xadiminə birbaşa zəng etməsi isə özlüyündə vətəndaşla, siyasi xadimlə birbaşa təmasdır”.
B.Quliyev əlavə edib ki, dövlət başçısı hər zaman bildirir ki, əsas məqsəd güclü iqtisadiyyatı insan kapitalına çevirməkdir: “Bu addımlar Prezident İlham Əliyevin verdiyi vədlərin davamı və keyfiyyətcə yeni mərhələsidir. Bundan əlavə, dövlət başçısının vətəndaşların yanında olması, problemlərin birbaşa olaraq onların dilindən eşidilməsi göstərir ki, Prezident İlham Əliyev birbaşa vətəndaşlarla təmasda olmağa maraqlıdır. Bu iki tandem, lider-vətəndaş etimadı ümumilikdə ölkəmizin sosial iqtisadi inkişafına xidmət edir. Bir sözlə, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB