YAP xalqın etimadını doğruldan partiyadır

YAP xalqın etimadını doğruldan partiyadır

Partiyanın Balakən rayon təşkilatının yaradılmasının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib

Dünən YAP Balakən rayon təşkilatının yaradılmasının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə rayon təşkilatının sədri Azad Balayev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın təsis yığıncağı keçiriləndən sonra, bölgələrdə onun yerli strukturları formalaşdırılmağa başladığını söyləyib: "Müqayisəolunmaz faktdır ki, YAP-ın bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan doğan dəstəyi dayanır. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-a böyük etimad göstərir, inanır". A.Balayev rayon təşkilatının gördüyü işlərdən danışaraq, vurğulayıb ki, Yeni Azərbaycan Partiyası üzərinə götürdüyü missiya ilə xalqın inamını doğruldub: "Yeni Azərbaycan Partiyası Azərbaycanın və ümumiyyətlə, regionun ən böyük və güclü siyasi partiyası kimi daim inkişaf edir, müasir dünyanın təcrübələrini mənimsəyir".Rayon təşkilatının aparat rəhbəri Ömər Osmanov çıxışında Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu YAP-ın böyük nailiyyətlər əldə etdiyini vurğulayıb: "Hər zaman xalqın rifahını nəzərə alaraq, çoxsaylı dövlət əhəmiyyətli proqramlar irəli sürən YAP xalqın yüksək etimadını qazanıb, 720 mindən çox üzvü ilə regionun ən güclü siyasi partiyasına çevrilib. Bu gün YAP bir çox ölkələrin nüfuzlu partiyaları ilə sıx əməkdaşlıq edir. Əldə edilən uğurlar YAP-ın nüfuzunu daha da artırır".Tədbirdə YAP Balakən rayon təşkilatının gənclər birliyinin sədri Sarxan Hacıyev, rayon İdman və Gənclər İdarəsinin rəisi Rasim Paçalov və başqaları da xalqımızın Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini vurğulayıblar.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə