"İran-Ermənistan münasibətləri Paşinyanın hakimiyyətə gəlişindən sonra daha da yaxınlaşdığı hiss olunur. Həm Ermənistan, həm də İran münasibətlərin yüksək səviyyədə olmasında çox maraqlıdırlar". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Politoloqun sözlərinə görə, Paşinyanın Tehrana səfəri zamanı danışıqların əsas predmeti iki ölkə arasında azad iqtisadi zonanın yaradılması olub: "Avrasiya İttifaqı üzvü olan Ermənistan bu danışıqları bir növ təşkilatın adından aparır. Hətta İranın Avrasiya İttifaqına qoşulması istəkləri var. Bu istəyin reallaşmasına isə Rusiyanın Gürcüstanla gərgin münasibətləri mane olur. Rusiya bu gərginliyi aradan qaldırmaq istiqamətində çox çalışır və sərhədlərin açılmasını istəyir. Azad iqtsadi zona yaratmaq planlarrı həyata keçərsə, Ermənistan regionda əhəmiyyətinin artacağını düşünür. Lakin bütün bu cəhdlərə baxmayaraq regionda Azərbaycanın iştirakı olmayan heç bir lqtisadi layihənin reallaşması mümkün deyildir. Bu yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli variantından sonra mümkündür. Torpaqların işğaldan azad olunması prosesi başladığı andan Ermənistan İranla münasibətlərdən gözlədiyi inkişafdan dəfələrlə çox irəliləyiş əldə edə bilər.
Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun verdiyi məlumata görə, beynəlxalq qurumlar sülhün yaranacağı təqdirdə hər iki ölkənin iqtisadiyyatı sürətlə inkişaf edəcək. Azərbaycan XİN başçısının ermənistanlı nazirə verdiyi sual həqiqətən də erməniləri bir daha düşünməyə dəvət edir. O bildirmişdi ki, “işğaldan əldə etdiyiniz bircə nailiyyəti nümunə olaraq göstərin və mən sizin təkliflərinizi qəbul edim”. İşğal davam etdikcə Ermənistan iqtisadiyyatı daha çox asılı vəziyyətə düşür. Eyni aqibəti İran yaşamaqdadır. İşğalçı ölkəni dəstəkləməklə İran mühüm iqtisadi layihələrdən kənar qalır. Bu gün sirr deyil ki, Ermənistanın Dağlıq Qarabağı hərbi güc olaraq işğal etməsi Rusiyanın vasitəsilə həyata keçsə də digər loqistik və iqtisadi dəstəyi İrandan almaqdadır. Məhz İranın bu dəstəyi hesabına Ermənistan və Rusiya işğalı davam etdirə bilirlər. İran Ermənistanla sərhədləri bağladığı andan Dağlıq Qarabağla bağlı sülh danıqları dərhal başqa müstəviyə keçəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB