Laçınlılar Prezident İlham Əliyevin inqilabi islahatlarını dəstəkləyir

Laçınlılar Prezident İlham Əliyevin inqilabi islahatlarını dəstəkləyir

Dünən YAP Laçın rayon təşkilatında dövlət başçısı İlham Əliyevin inqilabi sosial islahatları ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Laçın rayonu icra hakimiyyətinin başçısının müavini, Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri İlqar İlyasov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan çoxşaxəli islahatlardan və genişmiqyaslı quruculuq işlərindən bəhs edib. Bildirib ki, güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə irəliləyən Azərbaycan son 15 ildə sürətli inkişafı sosial sahədə irimiqyaslı islahatlar aparmağa imkan yaradıb.
İ.İlyasov, onu da vurğulayıb ki, Prezident İlham Əliyev daima sosial problemlərin həllini diqqət mərkəzində saxladığına görə yaranmış imkanların ilk növbədə, məhz sosial sahəyə yönəldilməsini təmin etdi: «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədi ilə 2019-cu il 26 fevral tarixli Sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının bariz nümunəsidir".
Tədbirdə rayon maliyyə şöbəsinin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin rəhbərləri çıxış edərək, Prezidentin fərman və sərəncamlarının əhalinin bütün zümrələri, xüsusən, aztəminatlı ailələr üçün əhəmiyyətindən danışıblar. Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurları qeyd edilərək, erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminlik vurğulanıbdır.
Daha sonra tədbirdə çıxış edən rayon ziyalıları məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin, o cümlədən, əmək haqlarının artırılmasına, onlara göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə tükənməz minnətdar olduqlarını söyləyiblər.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə