Martın 15-də hökumət Milli Məclisdə hesabat verəcək

Martın 15-də hökumət Milli Məclisdə hesabat verəcək

Milli Məclisin növbəti plenar iclasının gündəliyi müəyyənləşib. SİA-nın xəbərinə görə, parlamentin martın 15-də keçiriləcək iclasının gündəliyinə 1 məsələ daxil edilib.

Bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatdır.

Qeyd edək ki, hesabatı baş nazir Novruz Məmmədov təqdim edəcək. Bu, Novruz Məmmədovun baş nazir kimi Milli Məclisə təqdim etdiyi ilk hesabatdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə