"Onları buna kim şirnikdirib?" ÖZƏL-MÖVQE

"Onları buna kim şirnikdirib?" ÖZƏL-MÖVQE

“İranın Xarici İşlər Nazirliyinin sözçüsü ağaye Qasımi deyir ki, Qarabağ münaqişəsi ölkəsinin Azərbaycan və Ermənistanla əlaqələrinə təsir etməməlidir. Xub, amma ağaye Qasıminin ölkəsinin, daha dəqiqi oradakı rejimin Ermənistanla dostluq və qardaşlığı bu münaqişəyə təsir edir, həm də çox pis edir axı. İşğalçı rəsmi Tehranın da davamlı dəstəyini görməsi səbəbindəndir ki, Azərbaycan torpaqlarını boşaltmaq istəmir”. Bunu SİA-ya millət vəkili Sahib Alıyev deyib.

“Baxın, Nikol Paşinyanın İrana səfərindən dərhal sonra Ermənistanın Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan Qarabağa gedərək Arazın qırağında yəni bizim İranla sərhəddimizdə qəsəbə salmaq istədiklərini bildirdi. Yaxşı olardı ki, ağaye qasımilər aydınlıq gətirsinlər, niyə "hay"lar baş nazirlərinin İrana səfərindən dərhal sonra belə bir təxribata əl atırlar? Onları buna kim şirnikdirib? Yeri gəlmişkən, "hay"lar, elə ağaye havadarları da bilməlidirlər ki, əgər belə bir qəsəbə salmaq istəsələr, onun yerlə yeksan edilməsinə, hələ aldığımızı demirik, dostumuz və tərəfdaşımız İsraillə birgə istehsalımız olan hərbi texnika yetərlidir”, - deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə