"Hazırda işğal altındakı ərazilər ermənilər tərəfindən talan edilir"

"Hazırda işğal altındakı ərazilər ermənilər tərəfindən talan edilir"

"Hazırda işğal altındakı ərazilər ermənilər tərəfindən talan edilir". SİA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən "Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər: Üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsiri" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Ermənistan tərəfindən qəsdən törədilən yanğınlarda 100 min hektar ərazi və orada yaşayan canlılar məhv olub: "Bunlarla yanaşı Sərsəng su anbarı qəzalı vəziyyətdədir. Bu hal ətraf ərazilərdə yaşayan 4 min sakin üçün ciddi təhlükə yaradır. Ermənilər məqsədli şəkildə yayda quraqlıq yaradırlar. Onlar qışda suyu buraxırlar, yayda isə qarşısını kəsirlər. Yəni ermənilər əhalini qəsdən sudan məhrum edirlər. Təəssüf ki, AŞPA-da Sərsəng su anbarı ilə əlaqədar qəbul edilən qətnamənin tələblərinə əməl edilmir".

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə