Klinton 2020-ci ildə prezident seçkilərində iştirak etməyəcək

Klinton 2020-ci ildə prezident seçkilərində iştirak etməyəcək

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcək və namizədliyini irəli sürmək niyyətində deyil. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Seçki üçün çalışmıram, amma işimə davam edəcəyəm, danışacağam və inancımızı müdafiə edəcəyəm”, - deyə Klinton söyləyib.

Qeyd edək ki, 2016-cı ildə prezident seçkilərində namizədliyini irəli sürən Klinton bundan sonra kitab yazmaq və nənəlik hissindən həzz almaq istədiyini açıqlamışdı.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə