Əli Kərimli və Mehman Əliyev Əlikram Hümbətovun “bəyanatını” tirajlayırlar FOTOFAKT+ANALİTİK

Əli Kərimli və Mehman Əliyev Əlikram Hümbətovun “bəyanatını” tirajlayırlar FOTOFAKT+ANALİTİK

Və ya əlahəzrət faktlar hər şeyi öz çılpaqlığı ilə ortaya qoydu!

Mehman Əliyevin rəhbərlik etdiyi “Turan” İnformasiya Agentliyinin rus versiyasının – contact.az-ın daha bir gizlini ortaya çıxıb. SİA xəbər verir ki, uzun müddətdir özünü separatçı “Talış Muğan Respublikası”nın “lideri” kimi təqdim edən, dəfələrlə işğalçı Ermənistanda Azərbaycan dövləti və xalqı əleyhinə “simpoziumlar”, “konfranslar” keçirib, “bəyanatlar” yayan Əlikram Hümbətov bu dəfə Ermənistanın “lragir.am” saytı vasitəsi ilə separatçı fikirlərini ictimailəşdirib. “Bəyanatında” bölücü yandaşı Fəxrəddin Abbaszadənin həbsindən tutmuş, digər məsələlərə qədər həyasızlıq nümayiş etdirən Ə.Hümbətov yenidən aşkar düşmənçiliyini sərgiləyib.

Vaxtilə Leyla Yunus da contact.az vasitəsi ilə Azərbaycan əleyhinə erməni dəyirmanına su töküb

Lakin məsələ yalnız M.Əliyevdə, yaxud Ə.Hümbətovda deyil. Eyni zamanda, məsələ onun bu “bəyanatının” hansı sayt vasitəsilə Azərbaycan ictimai rəyinə sətiraltı olaraq təqdim olunmasında da deyil. Çünki contact.az-da bir zamanlar açıq-aşkar ermənipərəstlik edən “hüquq müdafiəçisi” Leyla Yunusun Azərbaycan dövlətinin maraqlarına qarşı erməni dəyirmanına su tökməsi halları dəfələrlə müşahidə edilib. Yəni bilavasitə “Turan”ın rəhbəri M.Hüseynovun nəzarətində olan contact.az öz ənənəsinə sadiq qalaraq, istər sətiraltı, istsərsə də dolayısı yollarla Azərbaycanın dövlətçilik maraqlarına qarşı xəyanətkar, satqınçılıq fəaliyyətini davam etdirir.

AXCP sədri bu işdə öz marağını gizlətməyib

Lakin diqqəti cəlb edən əsas məqam budur ki, Ə.Hümbətovun “bəyanatını” AXCP sədri Əli Kərimlinin nəzarətində olan “Azadlıq” qəzetinin FB səhifəsi məhz contact.az-a istinadən tirajlayıb. Daha dəqiq desək, AXCP sədri bu işdə öz marağını gizlətməyib. Çünki onun üçün dövlət marağı, xalqın marağı deyil, yalnız öz şəxsi maraqları dayanır. Nədir ki, separatçı Ə.Hümbətovun “bəyanatını” yayan adıçəkilən saytda “Azərbaycanlı siyasi mühacir” ifadəsi yazılıb. Yəni bu məlumatın ilk cümləsində deyilir: "Niderlandda yaşayan azərbaycanlı siyasi mühacir Əlikram Hümbətov “Talış Milli Hərəkatının bəyanatı” adlı məktub yayıb".

Ortaya hansı faktlar çıxır?

1. “Niderlandda yaşayan azərbaycanlı siysi mühacir” deyərkən, istər Əli Kərimli, istərsə də Mehman Əliyev sətiraltı manipulyasiya edirlər.

2. Bu manipulyasiya ondan ibarətdir ki, Əlikram Hümbətov Azərbaycan vətəndaşı deyil və onun separatçılıq iddiaları bu adı onun üzərindən ömürlük silib!

3. Nə AXCP sədri, nə də “Turan” İA-nın rəhbəri Əlikram Hümbətovu nə xəyanətkar, nə də ki, milli satqın adlandırmayıblar, lakin “azərbaycanlı siyasi mühacir” adını dərhal tirajlayaraq, bu vasitəylə separartçıya, onun işğalçı ölkə mediasındakı fəaliyyətinə dəstək göstəriblər!

Bu faktlar isə növbəti dəfə sübut edir ki, biri Azərbaycan mediasının, digəri isə müxalifətinin üz qaraları olaraq, öz çirkin əməllərini davam etdirirlər. Əbəs deyil ki, ölkənin sağlam düşüncəli ictimai rəyi bənzər satqınçılıqları dəfələrlə bu fərdlərin fəaliyyətlərində müşahidə edib. Lakin söz yox ki, bunların da nə zamansa Azərbaycan xalqı və dövləti qarşısında cavab verəcəkləri gün elə də uzaqda deyil. Hətta çox yaxındadır…

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə