Əli Kərimli siyasi şivənliyini əməli fəaliyyəti ilə nümayiş etdirir
Eldəniz Quliyev və Oqtay Gülaliyev "Milli Şura"nın AXCP-nin strukturu kimi baxılmasına etiraz ediblər
Milli və dövlətçilik maraqlarına qarşı çıxmaları səbəbindən, cəmiyyətin gözündən tamamilə düşən və bu səbəbdən, ictimai-siyasi proseslərdən təcrid olunan müxalifət növbəti dəfə riyakarlığa əl atmaqla, yenidən özünü gündəmə gətirmək istəyir. Qərb səfirliklərinin qarşısında, sözün əsl mənasında, dilənçilik edən, onlardan maddi-mənəvi dəstək alan radikallar ölkə daxilində ictimai asayişi pozmağa və möhkəm əsaslara malik sabitliyi pozmağa cəhdlər göstərirlər. AXCP, Müsavat kimi partiyalar ictimai rəyin dəstəyindən məhrum olunduqlarını dərk etdiklərindən daha aqressiv və yırtıcı şəkildə, radikal addımlarını təkrarlayır. Bununla yanaşı, radikal müxalifətin siyasi mədəniyyət kasadlığı yaşaması onun ictimai qınaq obyektinə çevrilməsini də əsaslandırır. Fikir verin, AXCP sədri Əli Kərimli bir dəfə də olsun, xalqa və dövlətə zidd siyasət yürütdüyünü etiraf etməyib. Əksinə, bəd əməllərini daha yaramaz formada davam etdirib. Buna misal kimi, onun 20 Yanvar faciəsi günü və daha sonra Xocalı Soyqırımında cəmiyyətə hörmətsizlik nümayiş etdirərək, polislə qarşıdurma yaratmağa cəhd etməsini göstərmək olar.
Əli Kərimli bəd əməllərindən niyə əl çəkmir?
Bundan öncələr də, Ə.Kərimli millət və dövlət maraqlarına qarşı çıxmasını mövcud bəd əməlləri ilə nümayiş etdirib. Hətta pul xatirinə "İŞİDİ"-ı təbliğ edib, dini radikal qüvvələrin təbliğini aparıb, "Milli Şura"nın 2014-cü il mitinqdə "İŞİD" terror təşkilatının bayrağını qaldıran Ə.Kərimli islam pərdəsinə bürünərək, mütəşəkkil silahlı dəstə və cinayətkar birlik yaradan, hakimiyyəti zorla ələ keçirməyə və ya devirməyə çalışan radikal dindarlar Mövsüm Səmədov və Taleh Bağırzadənin "müdafiəçisi" rolunda çıxışlar etdi. Bu azmış kimi, Azərbaycan hakimiyyətinin apardığı xeyirli, gərəkli fəaliyyətə kölgə salmağa cəhd etməklə xarici ağalarının gözündə yüksəlməyə çalışır. Halnbuki bu məxluqun da təmsil olunduğu AXC-Müsavat hakimiyyəti dövründə ölkəmiz dağılmaq təhlükəsi ilə üzləşmişdi. 1993-cü ilin may ayının 25-də Prezidentin İcra Aparatında o zamankı Prezident Əbülfəz Elçibəyin rəhbərliyi ilə keçirilən müşavirədə səslənən fikirləri, etirafları vurğulamaqla, acı reallığı qeyd etmək olar. Həmin müşavirədə çıxış edən Prezident Əbülfəz Elçibəy deyir ki, "biz bir ildən çoxdur hakimiyyətdəyik. Təəssüf ki, dövlət quruculuğunu nəzərdə tutduğumuz kimi, yerinə yetirə bilmirik". O, zaman dövlət katibi vəzifəsini tutmuş Ə.Kərimli də ağır, böhranlı durumu etiraf edərək, deyir: "İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanması və bir sözlə, dövlət əmlakının talan edilməsi adi hala çevrilib. Biz bunu etiraf etməliyik. Ona görə də, bilavasitə bu dövlət əmlakının dağılmasında məsul şəxslər kimi özümüzü mənən iştirakçı saymalıyıq".
Mitinqlər müxalifətin məhvini sürətləndirəcək
"Milli Şura"nın təşkil etdiyi mitinqlərin əsas fəallarından olan Ə.Kərimli, söz yox ki, bunda maddi və siyasi maraqlar güdür. Həm də, Ə.Kərimli "Milli Şura"ya AXCP-nin strukturlarından biri kimi baxır. Amma artıq "Milli Şura"nın bəzi üzvləri Ə.Kərimlinin bu yanaşmasını həzm etmək istəmirlər. "Şura"nın kordinasiya şurasının üzvləri Oqtay Gülaliyev və Eldəniz Quliyev açıq şəkildə Ə.Kərimlinin mövqeyinə etirazxlarını bildirilər. Hətta sözü gedən şəxslər xəbərdarlıq ediblər ki, Ə.Kərimli yanaşamasından əl çəkməyəcəyi təqdirdə, "Milli Şura"nı tərk edəcəklər. Bu isə qurumun dağılmasını sürətləndirəcək. Mitinqlərin isə, nəticəsiz qalacağı şübhəsizdir. Hətta mitinqlərin rüsvayçılıqla nəticələnməsi müxaifət düşərgəsində yeni parçalanmalara yol açacaq. ADP sədri Sərdar Cəalaloğlu mitinq həvəskarlarını tənqid edərək, onları boşboğazlıqda günahlandırıb. Bildirib ki, "Milli Şura", Müsavat və AXCP liderləri mitinqlərə gəlir mənbəyi kimi baxırlar: "Mitinq həvəskarları olan qrup üzvləri eyni hərəkəti etməyə məcbur edilir. Mitinqlərdə qrup üzvlərinin hamısından lideri alqışlamaq tələb olunur və s. Azərbaycanda mitinqlərin gedişində kimlərin bu üsulu tətbiq etdiyi hamıya məlumdur".
Bir sözlə, müxalifəti ağır, həm də, fəalakətli durum astanaındadır. Günahkar isə, qeyd edildiyi kimi, Ə.Kərimli kimi ambisiyalı siyasi şivənlərdir.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB