Qabil Hüseynli: “Paşinyan çox qəribə fikirlər səsləndirməkdə davam edir” RƏY-ÖZƏL
“Paşinyan çox qəribə fikirlər səsləndirməkdə davam edir. İrana səfəri zamanı da özünə məxsus fikirləri səsləndirdi”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, danışıqlar üçün o qərar verir: “Açıqlamaları isə onun anormal durumda olduğunu göstərir. Bu günlərdə də Ermənistan parlamentində Dağlıq Qarabağ dair dinləmələr olacaq. Bu dinləmələrə həmçinin qondarma Dağlıq Qarabağ rejimindən nümayəndələr dəvət edilib. Bu beynəlxalq hüquq normalarına ziddir. Faktiki olaraq, bu danışıqlar prosesi üçün ciddi əngəllər yaradır. İki ölkə liderinin görüşməsi yaxşıdır, xeyirlidir. Ümumiyyətlə, bir necə görüş olub, amma rəsmi xarakter daşımayıb. Əgər görüş rəsmi xarakter daşıyarsa və gündəliyə nəticəyə yönəlmiş məsələlər çıxarılarsa onda bu görüşdən nələrsə gözləmək olar. Amma Dağlıq Qarabağ məsələsində sıçrayış xarakterli irəliləyişin olacağını düşünmürəm. Sadəcə olaraq, fikir mübadiləsinin aparılması xeyirlidir”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB