Təmir-bərpa işləri ilə əlaqədar bu gün saat 10:00-dan 17:00-dək "Masallı" qazpaylayıcı stansiyasından təbii qazın təchizatı dayandırılacaq. Bu barədə SİA-ya Dövlət Neft Şirkətindən məlumat verilib. Həmin müddət ərzində Masallı şəhərinin bir hissəsinə, eləcə də Ərkivan qəsəbəsinə, Qəriblər və Kolatan kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB