ABŞ 6 illik fasilədən sonra Suriyaya səfir göndərib. SİA-nın xəbərinə görə, Dəməşqə təyin olunan səfir Robert Ford dünən Dəməşqə qəlib. Ford Suriya prezidenti Bəşər Əsada etimad məktubunu təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.
ABŞ prezidenti Barak Obamanın təyin etdiyi Fordun Suriyaya gəlişi ilə iki ölkə münasibətlərində yeni dövr başlayır. Bəzi analitiklərə görə, bu, Vaşiqntonun Tehranı bölgədə yalnızlaşdırma cəhdidir.
Obama hökumətinin bu yeni dönəmdə Suriya, Livan, İsrail və İraq məsələləri ilə bağlı daha yaxın siyasət aparmağa ümid etdiyi bildirilir. Ancaq analitiklər münasibətlərin düzəlməsinin zaman alacağını düşünürlər.
Qeyd edək ki, Suriya ABŞ tərəfindən hazırlanan "terrora dəstək verən ölkələr" siyahısında yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB