"Sumqayıt hadisələrinin əsas aparıcıları ermənilər idi" AÇIQLAMA-ÖZƏL

"Sumqayıt hadisələrinin əsas aparıcıları ermənilər idi" AÇIQLAMA-ÖZƏL

“Bütün dövrlərdə ermənilər hiyləgər əməlləri ilə tanınıblar. Dağlıq Qarabağda baş verən hadisələrin coğrafiyasını genişləndirmək məqsədilə Bakıda iğtişaş törətmək istəkləri bas tutmayanda Sumqayıtı hədəf seçdilər və həmin hadisələri proqrama uyğun həyata keçirdilər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Sumqayıt hadisələrinin əsas aparıcılarının ermənilər olduğunu deyən deputat söyləyib ki, onlar evlərə soxularaq insanlara işgəncə verməklə yandırır, pəncərədən yerə atır, insanlar arasında vahimə yaradırdılar: “Sonda isə bu hadisələri azərbaycanlıların üzərinə ataraq cinayət işi açaraq həbslərə başladılar. Bu azmış kimi ermənilər Sumqayıt hadisələri vaxtında Xocalı faciəsinə kölgə salmağa başladılar. Bundan istifadə edərək diaspor və havadarları vasitəsilə təbliğata başladılar. Azərbaycanda bas verən belə hadisələrə yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra hüquqi qiymət verildi və ermənilərin yalanları üzə çıxdı”.

E. Səlimov qeyd edib ki, Sumqayıtda baş verən hadisələrin ssenarisi əvvəlcədən hazırlanan hadisələr idi: “Hadisəni törədənlər də, ölənlər də ermənilər idi. Həmin günlər Sumqayıtda ermənilərə xas olan bir şou yaratdılar, istəklərinə nail oldular. Sonradan məlum oldu ki, bu hadisələr ermənilər tərəfindən idarə olunub, hadisələr əvvəldən axıra qədər lentə alınıb”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə