"İlham Əliyev xalqın öz liderinə gövənməyində haqlı olduğunu bir daha sübut etdi" AÇIQLAMA-ÖZƏL
“Qısa zaman kəsiyində Azərbaycan Prezidenti tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində imzalanan onlarla sənəd xalqımıza, vətəndaşlarımıza verilən diqqətin göstəricisidir. 2019-cu ilin iki ayı müddətində Azərbaycanda əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldilən sosial Paketin tərkib hissəsi olan şəhid ailələri, veteranlar, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin müavinətlərinin, əmək pensiyalarının, təqaüdlərin, minimum əmək haqlarının artırılması və digər sosial istiqamətli addımlar vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Prezident İlham Əliyev xalqın öz liderinə gövənməyində haqlı olduğunu bir daha sübut etdi”. Bu fikirləri SİA-ya açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.
Hazırda atılan addımların illər bundan öncə həyata keçirilən uğurlu sosial siyasətin əməli nəticəsi olduğunu deyən sabiq polkovnik deyib ki, vaxtilə Azərbaycan tərəfindən mühüm iri layihələrə atılan imzaların əsas məqsədlərindən biri məhz vətəndaşlarımızın yaxşı yaşaması idi.
Ehtiyatda olan polkovnikin sözlərinə görə, ölkədə vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin arxasında həm ölkə başçısının şəxsi iradəsi, həm də dövlətimizin iqtisadi gücü dayanır.
C. Xəlilov vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial iqtisadi siyasət nəticəsində ölkəmiz daha da inkişaf edir, güclənir: “İqtisadi uğurlarımızdan əldə olunan gəlir əlbəttə ki vətəndaşlarımızın sosial rifah halına yönəldilir. Artıq hər bir Azərbaycan vətəndaşı ölkəmizin əldə etdiyi uğuru hiss edir. Prezident İlham Əliyevin son keçirilən müşavirədə söylədiyi kimi bu islahatlar davamlı olacaq və vətəndaşlarımızın rifah halı daha da yaxşılaşacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB