Elçin Mirzəbəyli: "Müxalifət bütün dəyərləri itirib" RƏY-ÖZƏL

Elçin Mirzəbəyli: "Müxalifət bütün dəyərləri itirib" RƏY-ÖZƏL

"İlk dəfə deyil ki, bu hadisə baş verib". Bunu SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, 20 Yanvar faciəsi günüdə Əli Kərimli və ətrafında olan bir necə şəxs qarşıdurma yaratmağa cəhd göstərmişdilər: "Azərbaycan xalqının ümumxalq hüzn günündə öz absurd siyasi iddialarını ortaya atmışdırlar. Əslində mənə elə gəlir ki, bunlarda bir anormallıq var. İstənilən şəraitdə, situasiyada kütlə görən kimi vəcdə gəlirlər, emosiyaları yüksəlir və anında hesab edirlər ki, həmin kütlə onların boş, mənasız, absurd iddialarını dinləyəcəklər. Bu baxımdan da, mənəvi deqradasiyanın bu düşərgədə nə qədər güclənməsindən xəbər verir. Bütün dəyərlər itib. Hər bir hadisədən AXCP, Müsavat, "Milli Şura" təmsilçiləri sui-istifadə etməyə çalışırlar. Xalqla birlikdə olub, bu hüzn gününün də faciə qurbanlarını yad etmək əvəzinə yenə də fərqlənməyə, xalqın ən ağır günündən öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərirlər. Əslində uzun illərdi bu mənzərə ortalıqdadır. Bu da sübuta yetirir ki, bu düşərgədə nəyin ki, ciddi ideoloji boşluq var, bu insanlar nəyin ki, siyasi baxımdan Azərbaycan cəmiyyəti tərəfindən iqnor ediliblər və bütövlükdə vaxtı ilə mənsub olduqları bütün dəyərləri itiriblər və yaxud bu dəyərlər ümumiyyətlə onlar üçün manipulyasiya elementi olub".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə