"Atılan addımlar əhalinin sosial müdafiəsinə xidmət edir" ÖZƏL-MÜNASİBƏT
"Bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət həqiqətən də inqilabi xarakter daşıyır. Bu, ilk növbədə cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür”. Bunu SİA-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

Mərkəz rəhbərinin sözlərinə görə, görülən bütün işlərin arxasında Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəldilməsi, onun rofahı amili dayanır: “Müşavirəyə qədər əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından cənab Prezidentin təqaüdlərin, sosial müavinətlərin, minimum əmək haqlarının artırılmasına dair sərəncamları oldu. Bu sahədə islahatlar davam edir və güman edirik ki, banklara olan borcların müəyyən hissəsinin güzəştə gedilməsi istiqamətində də yaxın günlərdə vacib qərar qəbul olunacaq. Atılan addımlar bilavasitə əhalinin sosial müdafiəsinə xidmət edir və güman edirik ki, bu proqramlar davam etdiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB