Çavuşoğlu: "Azərbaycanın acısı bizim acımızdır"

Çavuşoğlu: "Azərbaycanın acısı bizim acımızdır"

“27 il bundan öncə Xocalıda hiyləgərcəsinə öldürülən azərbaycanlı qardaşlarımı rəhmətlə anıram”. SİA-nın xəbərinə görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz “Twitter” hesabında qeyd edib.

O qeyd edib ki, Azərbaycanın acısı Türkiyənin də acısıdır.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.

Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə