ABŞ və Taliban hərəkatının (Rusiya Federasiyasında qadağan edilən təşkilat) xadimləri Qətərin paytaxtında sülh danışıqlarının növbəti mərhələsinə başlayıblar. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.
Donald Tramp administrasiyası 17 illik münaqişəyə son qoymağa çalışır, hansı ki, BMT-nin məlumatına görə, bu illə ərzində ən azı 32 min vətəndaş həyatını itirib.
"Danışıqlar ötən dəfə başa çatdığı yerdən davam edəcək" , - deyə Taliban xadimləri açıqladığı şərhdə bildiriblər.
Xatırladaq ki, Taliban hərəkatı (fəaliyyəti Rusiya Federasiyasında qadağan edilmiş bir təşkilat) Əfqan paştunları arasında yaranıb. Onlar şəriət əsasında bir dövlətin yaradılması üçün mübarizə aparırlar.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB