"2019-cu il sosial sahədə inqilabi islahatlar ili kimi tarixə düşə bilər" ÖZƏL-ŞƏRH
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə qeyd etmişdi ki, Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaratdı. Prezident İlham Əliyev isə daima sosial problemlərin həllini diqqət mərkəzində saxladığına görə yaranmış imkanları ilk növbədə məhz sosial sferaya yönəldilməsini təmin etdi. Beləliklə minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi kimi mühüm addımlar qısa müddətdə atıldı və Prezident bütün bunları həyata keçiriləcək böyük sosial paketin yalnız bir hissəsi kimi qiymətləndirdi". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, doğurdan da qısa müddətdə belə mühüm qərarların qəbul edilməsi 2019-cu ili sosial sahədə inqilabi islahatlar ili kimi qiymətləndirməyimizə əsas verir: "Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir, şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata çatdırıldı, eyni zamanda bu il şəhid ailələrinə 800 mənzilin verilməsi nəzərdə tutulur. Bu günə qədər isə 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillər verilmişdir. Bu il minimum əməkhaqqı 38 faiz artaraq 130 manatdan 180 manata qaldırıldı, minimum pensiyaların məbləği 38 faiz qaldırılaraq 116 manatdan 160 manata çatdırıldı. Beləliklə də bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq bu da hələ son hədd deyil. Prezident İlham Əliyev bu istiqamətdə işlərin bundan sonra da davam etdirliləcəyini bildirdi. Ən mühüm məsələlərdən bir də problemli kreditlərlə bağlı olan məsələ idi ki, bu olduqca mürəkkəb və çoxmərhələli həll yolu tələb edən bir problem idi. Prezident İlham Əliyev artıq bununla bağlı da mühüm qərarların qəbul ediləcəyini bildirərək qeyd etdi ki, Azərbaycan problemli kreditlər məsələsini həll etməklə ciddi nümunə göstərəcək. Biz istəyirdik ki, problemli kreditlərlə bağlı məsələ ətrafında ictimai müzakirələr aparılsın və buna nail olduq. Problemli kreditlər məsələsi üzərində ötən ildən başlayaraq fəal iş aparılır. Yaxın gələcəkdə problemli kreditlərlə bağlı məsələ də öz həllini tapacaq.
Göründüyü kimi, artıq xeyli müddətdir ki, bu istiqamətdə işlər aparılır və məqsəd odur ki, MDB -nin bəzi ölkələrində anoloji problemin həlli ilə bağlı qəbul olunmuş qərarların icrası ilə bağlı problemlər Azərbaycanda təkrar olunmasın. Tez bir zamanda icra edilsin. Biz bilirik ki, bəzi ölkələrdə bənzər qərarlar qəbul edilsə də problem həll edilmədi çünki onun icra mexanizmi və maliyyə mənbələri düzgün məyyən edilməmişdi. Azərbaycanda isə buna yol verilməyəcək və bu problem də öz həllini tapacaq. Bütün bunalr Azərbaycan Prezidentinin planlı sosial siyasətinin tərkib hissəsidir və vətəndaşların sosial rifahının təmin olunmasına yönəlib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB