"Siyasi mühacirlər"in qrant davası nə birinci, nə də sonuncudur
Erməniyə nökərçilik edən və uzun zamandır ki, Avropada klaviatura arxasında oturub, Azərbaycan əleyhinə "qəhrəmanlıq" edənlərin qrant davası çox mətləblərin açılmasına səbəb olunmaqdadır. Bu, baş verməli idi. Çünki müxtəlif maliyyə fondlarının, Sorosun və digər donor təşkilatlarının əlaltılarına çevrilənlər barədə və onların sosial şəbəkə mafiyası barədə kifayət qədər faktların mövcudluğu barədə çox yazılıb və ya deyilib. Xüsusilə də, son aylar üzə çıxan fakt - Məhəmməd Mirzəli ilə Tural Sadıqlı arasındakı pul davası əvvəllər də baş verməsinə rəğmən, budəfəki davaları acı bağırsaq kimi uzanmaqdadır. Bu, belə də olmalı idim. Çünki dövlətimiz əleyhinə yönəlmiş kampaniyaların hər biri öz məntiqi nəticəsi ilə ifşa olunmalıydı.
Bu deyilənlər barədə faktlar kifayət qədərdir
Maraqlı məqam isə, hər işdə kələkbaz olan bu qrant yalaqları, söyüşləri də "yağ kimi" qəbul edirlər, üzlərinə tüpürsünlər də, təki qrantlarını alsınlar. Əxlaqsızlıq və mənəviyyatçızlıq budur. Elə uzağa da getməyərək, məsələn, bir müddət öncə, "Meydan" TV-nin rəhbəri Emin Millinin "müxalifət marginallaşıb" ifadəsini xatırlaya bilərik. Onun bu sözləri heç də müxalifəti tənqid etmək olmayıb və bu sözlər, bilavasitə qrant bölgüsündə yaranmış ziddiyyətlərdən yaranıb. Buna qədər, AXCP sədri Ə.Kərimlinin və "Milli Şura" sədri C.Həsənlinin tərəfdarları E.Millini ayrılan qrantları təkbaşına mənimsəməkdə ittiham etmişdilər. Nəticədə, Emin Millinin ətrafında olan "mühacir fəallar" isə "Meydan" TV-də C.Həsənli və Ə.Kərimliyə qadağa qoymaması ilə bağlı ittihamlara qarşılıq veriblər. Hər iki tərəfin sosial şəbəkədə "virtual savaşı" isə, həmin ərəfələrdə də, indiki kimi bir çox mətləblərə aydınlıq gətirmişdi. Yəni mahiyyət etibarilə qrant savaşı hər yerdə qrant savaşıdır və bu siyasi dəllallar üçün heç vaxt dövlət, vətən, xalq amili mövcud olmayıb. Müəyyən erməni lobbilərinin təsiri altında fəaliyyət göstərən donor təşkilatlarla da altdan iş görən bu ünsürlər erməni dəyirmanına su tökməklə, erməni çörəyi yeyənlərdir.
Xədicə İsmayıl-Sevinc Osmanqızı savaşının görünən tərəfi və AXCP...Aslan İsmayılov...Qurban Məmmədov...
Daha bir qrant qarşıdurmasını xatırlaya bilərik. Bu ziddiyyət isə, Xədicə İsmayılla "Amerikanın səsi"ndə Azərbaycan dövləti əleyhinə çıxışlar edən Sevinc Osmanqızı arasında baş verib. Davaya çıxan X.İsmayıl S.Osmanqızının internet üzərindən hazırladığı verilişlərin sponsorunun eks-spiker R.Quliyev olduğunu iddia kimi irəli sürüb. O da qarşı tərəfi qrantları təkbaşına yeməkdə suçlayıb.
Digər bir qarşıdurma isə AXCP üzvləri ilə "hüquq müdafiəçisi" Aslan İsmayılov və Qurban Məmmədov arasında yaranan qrant davasıdır.
Beləliklə, bütün bunlar, bir daha sübut edir ki, nə qədər ki, bu qranta görə əqidəsini, məsləkini, mənəviyyatını, vətənini satan əxlaqsızlar var və bunlar bir-birilərini söyəcəklər, özü də söyüşün biri bir qəpiyə.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB