Amerikanın yeni gözəli- FOTO
Nebraska ştatını təmsil edən 17 yaşlı Teresa Skanlan Amerika gözəli tituluna layiq görülüb. SİA-nın xəbərinə görə, o, Las-Veqasda keçirilən gözəllik müsabiqəsinə qatılan 52 qız arasından seçilib. Siyasətçi olmaq istədiyini deyən yeniyetmə qız 50 000 dollar məbləğində mükafat də alıb. Teresa Skanlan bu il ərzində Miss America təşkilatını təmsil edəcək. Amerika gözəli titulu ilə Skanlan ölkənin hər yerinə səfərlər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə