“Rüstəm İbrahimbəyov Bakıda olsa da müxalifət təmsilçiləri ilə təmas qurmadı” RƏY-ÖZƏL

“Rüstəm İbrahimbəyov Bakıda olsa da müxalifət təmsilçiləri ilə təmas qurmadı” RƏY-ÖZƏL

“Ümumiyyətlə, söhbət konstitsyon hüquqdan gedirsə, bu konstitusyon hüquqi gerçəkləşdirmək hər kəsin özünün seçimidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, lakin bütövlükdə bu konstitsyon hüquqi təxribat məqsədi ilə edəndə, onda artıq bu aksiyaların özlərinin də niyyətinə kölgə düşür və bu cəmiyyət tərəfindən də yaxşı qarşılanmır: “Yəni aksiya keçirmək naminə aksiya keçirməsi ümumiyyətlə təqdir olunan deyil. Amma bu hüquqdur, hər kəs belə bir hüquqdan istifadə etmə haqqına sahibdir. Amma bundan sui-istifadə etmək olmaz. Aksiyaların keçirilməsinə heç bir ehtiyac yoxdur. Kiminsə və nəyinsə hesabına addımlar atmaq cəmiyyətdə birmənalı qarşılanmır. Rüstəm İbrahimbəyov Bakıda olsa da müxalifət təmsilçiləri ilə təmas qurmadı. O açıqlamasında da “Milli Şura”ya hər hansı dəstək ifadə etmədi. Müxalif təmsilçilərinin özlərini zorla hansısa bir şəxsin çevrəsində olduğunu göstərərək, güclü olduqlarını təqdim etmələri doğru addım deyil. Hesab edirəm ki, bu kimi məsələlərdə cəmiyyəti aldatmaq olmaz”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə