"Biz öz haqlı mövqeyimizi hər platformada qorumalıyıq" ÖZƏL-ŞƏRH
“İlk növbədə onu deməliyik ki, bütün dünya azərbaycanlılarının göz bəbəyi – müstəqil Azərbaycan dövləti, şəxsən dövlət başçımız, dünyanın harasında yaşayıb, işləməsindən asılı olmayaraq, həmvətənlərimizə, onların uğurlarına, üzüntülərinə uyğun münasibət içindədir və biz bunu Moskvada, “Neolit”də baş verən məlum hadisəyə münasibətdə bir daha gördük”. Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, azərbaycanlılarla çeçenlərin həm tarixi, həm ən yeni tarix baxımından güclü bağları, sədaqət, vəfa, mənəvi borc kimi kateqoriyalarda qırılmaz telləri var: “Məlum hadisənin arxasından üçüncü-konkret olaraq, hər iki qardaş xalqa münasibətdə qeyri-səmimi, bizə münasibətdə həm də biləvasitə düşmən olan ermənilərin, Ermənistandan təlimatlananların durduğu artıq ictimailəşmiş məsələdir. Çox şadam ki, həm bizim respublikamızı, xalqımızı, həm də Çeçenistanı təmsil edən rəsmilər, ziyalılar ən müxtəlif səviyyələrdə xoşməramlı açıqlama və çağırışlarla çıxış etdi. Mən bu hadisəni törədən və körükləmək istəyənlərin niyyətinə çatmamasını həm çevik, konstruktiv reaksiyalarla, həm də bir qədər öncə vurğuladığımız tarixi əsaslarla bağlayardım.
Bilirsiz, bu və bənzəri təxribatlar daha öncələr də olub; gələcəkdə, hansısa başqa şəhərdə, ölkədə, ayrı admlar arasında özgə bir formada olmayacağına zəmanət vermək çətindir. Çünki düşmən, bizim dostlarımızla aramızı vurmağa çalışıb, çalışır və bir daha vurğulayaq ki, gələcəkdə də çalışmayacağını deyə bilmərik. Deməli, biz də öz haqlı mövqeyimizi hər platformada qorumalıyıq.
Həmvətənlərimiz ayıq olmalıdır; milli qürurumuzu da qorumalıyıq, dostlarımızla aramıza təxribat toxumu səpmək cəhdlərinə qarşı da həssaslıqla və ən doğru yolu seçərək, qətiyyətlə çıxmalıyıq. O cümlədən müvafiq qurum və quruluşlarımız, diaspor təşkilatlarımız, nufuzlu ziyalılarımız, əlbəttə, səfirlik və konsulluqlarımızla məsləhətləşmələr işin xeyrinə olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB